Angela Merkel Firəngiz Əlizadənin əsərinə valeh olub

Angela Merkel Firəngiz Əlizadənin əsərinə valeh olub

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirlir. Trend-in məlumatına görə, bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı "Oyan" diski Almaniya kansleri Angela Merkel tərəfindən əldə olunub.

Məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində F.Əlizadənin "Aşk havası" əsərini ifa etdiyini və A.Merkelin bu əsərdən xoşu gəldiyini deyib. Nəticədə A.Merkel bəstəkarın violonçel musiqisinin yer aldığı "Oyan" diskini musiqi kolleksiyasına əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə