Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib. SİA-nın məlumatına görə, sözügedən kitab kolleksiyasına 2015-2016-cı illərdə Mədəniyyət Mərkəzi tərəfindən özbəkcə nəşr olunub "Низомий Ганжавий "Хамса"" (tərcüməçi Olimcan Buriyev), "Низомий Ганжавий "Махзан ул - асрор"" (tərcüməçi Camal kamal), "М.Фузулий "Калб гавхари"", "Озарбайжон – Оловлар юрти", "Анaр "Мен, Сен, У ва телефон"", "Озарбайжоннинг маданий мероси.", "Türk dillerinde Bahtiyar Vahabzadenin 90 şiiri", "Особенности современной узбекской и азербайджанской поэзии", "Узбекистон оммавий ахборот воситаларида Озарбойжон мавзуси", "Ш.Саламов "Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха", "Карабах война идей" kitabları daxil edilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə "Azərbaycanı tanıyaq", "Azərbaycan tarixi hər bir ölkədə" layihələri çərçivəsində hər il Özbəkistan kitabxanalarına Azərbaycana dair yüzlərlə kitab hədiyyə edilir.
Qeyd edək ki, yaxın günlərdə isə Daşkənddə yeni fəaliyyətə başlayıb Özbəkistan və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan "Kitab aləmi" Mərkəzində "Azərbaycan guşəsi"nin yaradılması razılaşdırılıb. Guşədə Azərbaycan müəlliflərinin son illər nəşr edilən kitabları, Azərbaycan tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədənniyyətini əks etdirən nəşrlər, habelə suvenirlər nümayiş etdiriləcək.
Kitab satışı Mərkəzi ilə azərbaycanlı müəlliflərin kitablarının satışı, təqdimatı, imza günləri, görüşlərin keçirilməsi razılaşdırılmışdır. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuxratcon Axundcanov arasında keçirilən görüş zamanı razılıq əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB