2016-ci ilin 26-29 oktyabr tarixlərdə Qırğız Respublikasının Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin XI Forumu keçiriləcəkdir. SİA-nın Mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tarix və mədəniyyət ili çərçivəsindəki və Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadimləri iştirak edəcəklər.
Forumda Azərbaycan Respublikasını Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev də iştirak edəcəkdir.
Bununla yanaşı, qeyd olunan tədbirdə A.Usubəliyevin "Mədəniyyətlərarası dialoqun aktuallaığı və siyasi təzahür formaları" mövzusunda məruzəsi də nəzərdə tutulur.
Forum Təşkilat Komitəsinin iclasında təsdiq olunmuş plan, konsepsiya və proqram əsasında işləyir. Tədbirdə MDB ölkələri arasında humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, bu forum Qırğızıstanda 2006-cı ildən başlanaraq hər il keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB