“Gəncliyin seçimi – müstəqillik”

“Gəncliyin seçimi – müstəqillik”

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimiz və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi birgə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Gəncliyin seçimi – müstəqillik" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, muzeydə keçirilən sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 60 əsəri nümayiş olunub.

Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayev, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış etdilər və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nümayiş olunub.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə