Yaponiyalı mütəxəssislər ölkəmizə səfər edəcək

Yaponiyalı mütəxəssislər ölkəmizə səfər edəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. SİA-nın məlumatına görə, bu istiqamətdə müxtəlif ölkələrin turizm şirkətlərinin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları təşkil edilir. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, eləcə də, Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və "Gilan Hospitality Group"un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti 2016-cı ilin 10-14 oktyabr tarixlərində ölkəmizdə səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti cənab Tadaşi Şimura tərəfindən "Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri" mövzusunda təqdimat keçiriləcək.

Qeyd etmək istərdik ki, nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə