Gürcülər italyan operasını Azərbaycan dilində təqdim etdilər FOTOLAR

Gürcülər italyan operasını Azərbaycan dilində təqdim etdilər FOTOLAR

Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalında iki tamaşa oynanılıb. SİA-nın məlumatına görə, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Mingəçevirdə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdiriblər.

N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı festivala məşhur İtaliya bəstəkarı Coakkino Rossininin "Sevilya bərbəri" operası əsasında hazırlanmış tamaşa göstərilib. Klassik musiqini uşaqlara sevdirmək niyyəti ilə hazırlanmış səhnə əsəri fonoqram səsləndirmənin köməyi ilə qurulmuş kukla teatrı tamaşasıdır. Tamaşaya daha çox uşaq baxa bilsin deyə, mətni gürcü, rus, Azərbaycan, türk və ingilis dillərində lentə alınıb.

Şəkidə Azərbaycan dilində oynanılan tamaşa anşlaqla keçib. Gözəl Rozina ilə qraf Almavironun saf sevgi macərası, hiyləgər və çevik bərbər Fiqaronun sevənlərə kömək etməsi barədə əhvalat-tamaşa balaca teatrsevərlərin ürəyincə olub.

Səhnədə italyan dilindəki əsərin məzmununu aparıcı-dirijordan doğma dildə eşitmək onları böyük opera sənətinə bir addım yaxınlaşdırmağa xidmət edib. Rejissor Besarion Kupreişvili ilə əsəri kukla teatrı formatına uyğunlaşdırmış Quri Zakareişvilinin bu ideyası artıq dördüncü dəfədir ki, Gürcüstandan kənarda uğurla oynanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə