Bərdədə “Bilik Günü” FOTOLAR

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları olan Kələntərli kənd Mədəniyyət evi və Qasımbəyli kənd Klubunun bədii özfəaliyyət kollektivi 15 sentyabr "Bilik Günü" münasibəti ilə "Mənim İlk Müəllimim" adlı ədəbi-bədii kompozisiya və maraqlı konsert proqramı təqdim edib. SİA-nın məlumatına görə, tədbir öncəsi vətən uğrunda son damla qanlarınacan vuruşmuş qəhrəman vətən oğulları bir dəqiqəlik sükutla yad edilib, daha sonra Aytac İbadlının söylədiyi "Mənim ilk müəlimim" şeri ilə tədbir başlayıb.

Kələntərli kənd Mədəniyyət evinin mədəni təşkilatçısı Ədalət Bəşirov ifa etdiyi gözəl musiqi nömrələri ilə iştirakçılarda çox böyük bir coşqu hissi yaradıb. Belə ki, hər bir ifa gur alqışlarla qarşılanıb.

Sonda çıxış edən Qasımbəyli kənd klubunun müdiri Talıbova Şücayət bir daha "Bilik Günü" münasibəti ilə bütün müəllim və şagirdləri öz timsalında təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə