Azərbaycan mətbəxinin təamları CAR oxucularına təqdim edilib

Azərbaycan mətbəxinin təamları CAR oxucularına təqdim edilib

Cənubi Afrika Respublikasında (CAR) Azərbaycan mətbəxinin ləziz nümunələrinin yer aldığı "Dünya bir boşqabda" ("The World on a Plate") başlıqlı kitabın təqdimat mərasimi keçirilib. SİA-ya ölkəmizin CAR-dakı səfirliyindən verilən məlumata görə, kitabda dünya kulinariya nümunələri sırasında səfirliyin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri də oxuculara təqdim edilib, balıq ləvəngisi və şəkərburanın bişirilmə qaydası əks olunub. Təqdimat mərasimində, həmçinin Azərbaycanla bağlı quraşdırılmış stenddə ölkəmizin mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yerləşdirilib.

Qeyd edək ki, "Dünya bir boşqabda" kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət International Diplomatic Spouses Association-un təşəbbüsü ilə ilə nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə