Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək

Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2016-cı ilin iyul ayının 20-də saat 10:30-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 57 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə