Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin uşaqlar üçün təbiət mövzusunda müxtəlif illərdə yazdıqları şeir kitablarının yeni nəşrinin təqdimatı olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" uşaq teatrının balaca aktyorları Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərini oxuyub, səhnəciklər göstəriblər. N.Rəfibəylinin "Laylay" və "Güllər" şeirlərinə bəstələnən mahnılar səsləndirilib, müxtəlif nağıl qəhrəmanlarının obrazları canlandırılıb. Feys-art ustaları uşaqları maraqlı rəsmlərlə sevindiriblər.
"Park Bulvar" Ticarət və Əyləncə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı vurğulayıb ki, müasir dövrün aktual mövzularından biri ekologiyadır. Bu mövzu hələ keçən əsrdə Azərbaycan şairlərinin əsərlərində əksini tapıb. R.Rza və N.Rəfibəylinin şeirləri bunun gözəl nümunəsidir. "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzi ətraf mühitin mühafizəsinə yönələn təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır.
R.Rza və N.Rəfibəylinin nəvəsi Günel Anarqızı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.
Təqdimat mərasimi Gənclər və İdman Nazirliyi, "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzinin dəstəyi ilə təşkil olunub. İnformasiya dəstəyini AZƏRTAC-ın Uşaq Bilik Portalı göstərib. Tədbirin keçirilməsinə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq" studiyasının rəhbəri Səidə Haqverdiyevanın böyük köməyi dəyib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB