Nazir ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayerlə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul tarixində Nyu York şəhərinə səfəri çərçivəsində ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Etnik Anlaşma Fondu ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub. Rabbi Şnayer Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında imzalanmış müqaviləyə istinad edərək bildirib ki, müqavilə çərçivəsində Anlaşma Fondu ABŞ konqresində ilk dəfə müsəlman və yəhudi icmalarını bir araya gətirərək Azərbaycanı multikultural model kimi göstərməyə nail olub.
Əbülfəs Qarayev isə öz növbəsində Fondun fəaliyyətinin Azərbaycanda maraqla izlənildiyini və həmçinin ABŞ-da yaşayan müsəlman və yəhudi icmalarının Azərbaycanda yüzilliklər boyu mehriban birgə yaşama ənənələrinə malik olan müsəlman və yəhudi icmalarının təcrübəsindən faydalanmasının vacibliyini qeyd edib.
Rabbi Şnayer 2015-ci ilin may ayında Bakıda keçirilmiş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü xatırladaraq Azərbaycanın dünyada gedən proseslər fonunda ekstremizmin, islamofobiyanın, ksenofobiyanın artmasının qarşısının alınmasında liderlik nümayiş etdirdiyini və bu tolerant mədəniyyətin ABŞ cəmiyyətində təbliğinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda cənab Əbülfəs Qarayev və Rabbi Şnayer 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin yeni fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB