Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda konsert proqramı ilə çıxış edib. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, konsert proqramı 15 iyun –Milli Qurtuluş Gününə həsr olunub.
Sənət ocağının bir qrup əməkdaşı bir-birindən maraqlı çıxışları və ifaları ilə bayram tədbirinə xüsusi rəng qatıb. Belə ki, konsert proqramında Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, gənc aktyor Əmrah Dadaşovun Vətən, torpaq, müstəqillik haqqında söylədikləri poeziya nümunələri, oxuduqları mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rayon rəhbərliyinin də qatıldığı tədbir müxtəlif əyləncəli proqramlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB