Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Dini motivlər əsasında şeirlər" müsabiqəsi elan edib. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə və müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.
Təqdim edilən şeirlərin ideyası səmavi kitabların motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər. Şeirlər elektron formada müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun [email protected] elektron ünvanına göndərilməlidir.
İyulun 6-sı şeirlərin qəbulu üçün son gündür. Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə birinci yerin qalibinə 500, ikinci yerin sahibinə 300, üçüncü yeri tutan müəllifə isə 200 manat pul veriləcək.
Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi çap ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB