Rejissor: "Lentə aldığım filmləri dünya miqyasına çıxarmıram" AÇIQLAMA
"Azərbaycanda yeni internet layihəsinin hazırlıq mərhələsindəyik". Bunu SİA-ya açıqlamasında kinoşünas, rejissor Ayaz Salayev deyib.
Onun sözlərinə görə, sözügedən layihə ilə bağlı yaxın zamanlarda mətbuat konfransı keçiriləcək.
Ayaz Salayev həmçinin, yaradıcılığı haqqında da məlumat verib: "Qarşıda yeni bədii filmin çəkilişlərinə başlanacaq. Lakin, o mərhələyə hələ bir müddət var. Hazırda nəzərdə tutulan ekran işinin ssenarisi üzərində çalışıram. Amma son zamanlar, lentə aldığım filmləri dünya miqyasına çıxarmıram. Yaxın zamanlarda da beynəlxalq festivallarda iştirak etməyi düşünmürəm. Bunun xüsusi səbəbi yoxdur. Bəlkə gələcəkdə bununla bağlı mövqeyim dəyişə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB