“Yəhudi İrsi üzrə Avropa marşrutu” Bakıdadır

“Yəhudi İrsi üzrə Avropa marşrutu” Bakıdadır

Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurasının Mədəni Marşrut Layihələrindən biri olan "Yəhudi İrsi üzrə Avropa marşrutu" beynəlxalq mədəni turizm layihəsinə üzv olması ilə bağlı, ölkəmizdə mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, proqrama paytaxt Bakı ilə yanaşı, Quba, Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin, orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunub.

Bu məqsədlə, "Azərbaycanda Yəhudi İrsi" 28 may-3 iyun tarixlərində Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) direktoru Assumpcio Hosta və nümayəndəsi Michael Mail ölkəmizdə səfərdədir.

Qonaqlar Bakıda olduqları müddətdə Avropa və gürcü yəhudiləri dini icması, həmçinin, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ilə görüş keçirib, həmçinin, Qırmızı Qəsəbədəki "Giləki" və "Altı Gümbəz" sinaqoqlarında olub və yerli dini icmalarla söhbət ediblər.

Bununla yanaşı, qonaqlar Oğuz rayonuna səfərləri zamanı "Aşağı məhəllə" və "Yuxarı məhəllə" sinaqoqları ilə tanış olacaqlar.

Qeyd edək ki, AEPJ-in təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə hazırki dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, həmçinin, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edib.

Azərbaycanda yəhudi icmalarının mövcudluğunu, ölkəmizdə dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əlverişli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə