“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” FOTOLAR

SOCAR-da sənaye və mədəniyyətin sintezi mövzusunda seminar keçirilib
“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” FOTOLAR

16 may 2016–cı ildə SOCAR İnsan Resursları Departamentinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə "İlham Əliyev: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, sənaye və mədəniyyətin sintezi olan tədbirdə departamentin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Bəkirli, rəis müavini İmadət Ağalarov, Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, şöbə müdiri Sənan Talıbov, sektor müdiri İrina Özçoban, metodist Aslan Qasımov və digər əməkdaşlar iştirak ediblər.

Departamentin rəisi Asif Bəkirli öz çıxışında qeyd edib ki, 2016-cı il prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunub. SOCAR nüfuzlu, çoxmillətli və müxtəlif mədəniyyətli insan resurslarına malik olan struktur kimi multikulturalizm və tolerantlığın bir nümunəsi və sübutudur. Ona görə də belə bir tədbirin təşkil edilməsində zərüriyyət duyulub.

Mərkəzin direktoru Asif Usubəliyev ilk olaraq sənaye və humanitar, mədəniyyət sahələrinin sintezi olan bu seminar üçün departamentin rəhbərliyinə öz təşəkkürlərini bildirərək, mərkəzin fəaliyyətindən, multikulturalizmin formalaşmasından və zəngin tariximizdən bəhs edib. Azərbaycan özü aqressiya və işğalın qurbanı olaraq beynəlxalq ictimaiyyətə sübut edir ki, ancaq multikultural dəyərlərinə qiymət verən ölkə dünya arenasında uğur qazana biləcək. Prezident İlham Əliyevin sözlərinə görə, multikulturalizmin alternativi yoxdur, alternativ ancaq dözümsüzlük və yeni müharibələrdir. Multikulturalizm, tolerantlıq və vətəndaşlıqla bağlı fikirlərə münasibət bildirərək Azərbaycan multikulturalizminin ölkə diplomatiyasının brendi, ölkəmizin dövlət siyasətini, "müxtəliflərin birliyi" olduğunu vurğulamışdır. Bu siyasət Azərbaycanın ən güclü istiqamətidir və düşmən tərəfindən bizim zəyif nöqtəmiz sayıldığına baxmayaraq, multikulturalizm müasir dünyanı xilas edəbiləcək tək platformasıdır.

Seminarın sonunda mövzu ilə bağlı maraqlı suallar, fikirlər söylənilib və qeyd olunub ki, Azərbaycan multikultural siyasətini davam etdirir və müəyyən qarşıdurmalara baxmayaraq multikulturalizm və birgəyaşayış qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə