Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Kızkaçıran" komediyası və Böyük Britaniya kinematoqrafçılarının "Bizim kimi, satqın" filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Kızkaçıran" filminin ssenari müəllifi və rejissoru Korhan Uğurdur. Yaş həddi: 12+
Yol komediyası formatında çəkilən kinolent ərini izləyən qısqanc qadından və toyundan qabaq qaçırılan Gül adlı qızla evlənməyə hazırlaşan ərindən bəhs edir.
Baş rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa ediblər. Həmçinin, filmdə aktyorlar Emir Benderlioğlu, Çeren Benderlioğlu, Yüksel Unal və Aydan Burhan çəkilib.
"Bzim kimi, satqın " filmini Hüsseyn Amininin ssenarisi əsasında rejissor Syuzanna Uayt triller janrında çəkib. Yaş həddi: 16+
Marokkoda istirahət edən gənc ingilis cütlüyü rus kriminal qrupların çirkli pullarını yuyan və tez bir zamanda onlar tərəfindən silinməyə məhkum olunmuş rus oliqarxla tanış olurlar. O, İngiltərə kəşviyyatına qiymətli bilgilər qarşılığında onu və ailəsini müdafiə edib himayələrinə götürməyi təklif edir. Onun son ümidi "ingilis centelmenlərinə"dir, axı, onlar həmişə "düzgün oynayır?!".
Baş rollarda Yuen MakQreqor, Demien Lyusis, Stellan Skarsqard, Naomi Harris, Mark Stenli, Ceremi Nortem, Mark Qeytiss,Alisiya fon Rittberq, Saskiya Rivz, Pavel Jayda çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB