Aktyorlarımız “Rusiyada görüşlər”də iştirak ediblər

Aktyorlarımız “Rusiyada görüşlər”də iştirak ediblər

Səməd Vurğun adına Rus Dram Teatrının aktyorları Murad Məmmədov və Yeganə Hüseynli beynəlxalq festivala qatılıblar. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aktyorların Sankt-Peterburqda keçirilən 18-ci "Rusiyada görüşlər" Beynəlxalq Teatr Festivalının maarifləndirici proqramına daxil olan ustad dərslərində çıxışları olub. Onlar proqram çərçivəsində lentə alınan "Peterburqla dialoq" adlı video-çarxda Sankt-Peterburqun şairlərinin poeziya nümunələrini səsləndiriblər.

Qeyd edək ki, ustad dərslərində həmçinin, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Belarusiyanın teatr aktyorları da iştirak edib.

Həmin video-çarxı təqdim edirik:

https://vimeo.com/165137440

Bütün xəbərlər Facebook səhifəmizdə