Mayın 20-si Səməd Vurğun adına Rus Dram Teatrında xalq yazıçısı Elçinin "Artistin taleyi" əsərinin premyerası gerçəkləşəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşa görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin həyat və yaradıcılığından bəhs edir.
Teatra ömrünü fəda edən sənətkarı tamaşada Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyev canlandıracaq.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın xalq artisti İranə Tağızadə, dekor üzrə rəssamı Mustafa Mustafayev, kostyum üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverov, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.
Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova, digər obrazları isə Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB