Rusiyalı tələbə ölkəmizdə konsert verəcək

Rusiyalı tələbə ölkəmizdə konsert verəcək

"Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyində beynəlxalq müsabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi Vladlen Petrov solo konsert proqramı ilə çıxış edəcək.

SİA-nın verdiyi xəbərə görə, mayın 7-də baş tutacaq konsertdə İ.S.Bax, İ.Brams, F.Şopenin əsərləri ifa olunacaq.

Qeyd edək ki, Vladlen Petrov Rusiya Federasiyasının xalq artisti, professor Mixail Voskresenskinin tələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə