"Vətən buradan başlayır"

6 may saat 15:00-da Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə "Vətən buradan başlayır" adlı sərgi-müsabiqə keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müsabiqəyə təsviri sənətin bütün nominasiyaları üzrə 1000-ə yaxın əsərin müəllifi olan 300-dən çox rəssam qatılıb. İlkin seçimlərdə 70-ə qədər əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb.

Qaliblər müsabiqənin ikinci turunda izləyicilər tərəfindən seçiləcək.

Belə ki, izləyiciyə sərginin girişində təqdim olunmuş bilet həm ona uduş qazandıracaq, həm də ən çox bəyəndiyi əsəri müsabiqənin qalibi etmək fürsəti verəcək.

Sərgiyə qatılan hər kəs uduşlu səs kuponuna sahib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə