Xalça Muzeyində təhlükəsizlik tədbirləri nümayiş olunub FOTOLAR

Azərbaycan Xalça Muzeyində yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib. Muzeyin mətbuat katibi Fuad Rəsulun SİA-ya verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı işçi personalın Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə işçi personalın ekstremal vəziyyətdə hərəkət qaydalarını izah etməkdir.

Bununla bağlı, Azərbaycan Xalça Muzeyinin yanğın avtomatika üzrə mütəxəssisi Vahid Muradov tərəfindən əyani olaraq, OP-6 və OU-10 markalı yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.

Tədbir fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatıb. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...