“Payatsı” üç ölkənin təqdimatında

Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun "Payatsı" operasının tamaşası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşada Neddanın partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, əməkdar artist, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko dəvət olunub.

Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti Gürcüstanın xalq artisti, dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tamaşada eyni zamanda, Azərbaycanın əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcək.

Qeyd edək ki, səhnə əsərinin musiqi rəhbəri və dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...