“Gözəl anlar” adlı fərdi sərgi nümayiş olunacaq

“Gözəl anlar” adlı fərdi sərgi nümayiş olunacaq

Gənc rəssam Leyla Hüseynovanın "Gözəl anlar" adlı fərdi sərgisi nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, aprelin 16-da açılacaq sərgi iki gün davam edəcək.

Sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular təşkil edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.

Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə