Rumıniyalı aktyor vəfat etdi FOTOLAR

Rumıniyanın mə.hur aktyoru Mirça Albulesku 81 yaşında paytaxt xəstəxanalarından birində dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub. O, uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkirdi və iki il bundan öncə ürəyindən ağır əməliyyat olunmuşdur.

Aktyor bazar günü torpağa tapşırılacaq.

Qeyd edək ki, Albulesku Buxarest Bələdiyyə Teatrının, Musiqili Komediya və Buxarest Milli Teatrının səhnəsində saysız rollar ifa edib. Publisist, şair kimi fəaliyyət göstərən görkəmli şəxsiyyət Rumıniya Yazıçılar Birliyinin üzvü olub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə