İngilis yazıçısı Coan Roulinqə məxsus palıd ağacından olan stul Nyu-Yorkda keçirilən hərracda 394 min dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yazıçı onu məşhur edən "Harri Potter və fəlsəfə daşı", "Harri Potter və sirrli otaq" romanlarını yazarkən bu stuldan istifadə edib.
Qeyd edək ki, Coan Roulinq tarixi 1930-cu illərə gedib çıxan 4 stuldan 1-ni də daha öncə xeyriyyə məqsədilə təşkil olunmuş hərraca verib. O, öz əlləri ilə stulun üzərində iri hərflərlə "Ola bilər ki, mən sizin gözünüzdə o qədər də gözəl deyiləm, lakin xarici görünüşə görə dəyərləndirməyin! Mən "Harri Potter"i bu stulda oturaraq yaratmışam" sözlərini yazıb.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB