Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mr. White adı ilə tanınan aktyor Oleqin təşkil etdiyi şou-tamaşa baş tutub. SİA-nın verdiyi xəbərə görə, möhtəşəm "köpüklü -şou"nun birinci seansı biletlə olsa da, ikinci seansa internat məktəblərinin şagirdləri, aztəminatlı ailələrin uşaqları və fiziki qüsurlu uşaqlar dəvət olunub. Oleq ad gününü uşaqlarla keçirərək onlar üçün çıxışlar edib. Tədbirə qatılan 500 nəfərdən çox balaca tamaşaçı səhnədə baş verənləri böyük maraqla izləyiblər və bir anda olsa özlərini sehirli nağıllar aləminə düşdüklərini hiss ediblər.
Qeyd edək ki, Azərbaycanda belə formatlı şou ilk dəfə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB