Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində böyük rus bəstəkarlarının yubileylərinə – Sergey Prokofyevin 125 illiyinə və Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, muzeyin direktoru Şeyla Heydərova M.Rostropoviç, S.Prokofyev və D.Şostakoviçin dostluq və yaradıcılıq əlaqələrinə toxunub. O, M.Rostropoviçin bir musiqiçi kimi yetişməsində S.Prokofyevin xidmətlərindən danışıb.
Sonra beynəlxalq və respublika müsabiqələrinin laureatları – Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə böyük musiqiçilərin həyat və yaradıcılığını əks etdirən video çarx, habelə, muzeyin fondundan sənədli film və nadir eksponatların sərgisi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB