“O olmasın, bu olsun” nümayiş olunub FOTOLAR

“O olmasın, bu olsun” nümayiş olunub FOTOLAR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "O, olmasın, bu, olsun" musiqili tamaşası rayon gəncləri və yeniyetmələri tərəfindən səhnədə oynanılıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Cəlilabad Rayon Göytəpə şəhər V. Mürsəlov adına tam orta məktəbin şagirdlərinin təqdimatında səhnələşdirilmiş tamaşa Novruz əhval-ruhiyyəsini daha da yüksəldib və rayon əhalisinin böyük marağına səbəb olub.

Qeyd edək ki, milli-mənəvi dəyərlərimiz olan bu cür tamaşaların rayonlarda səhnələşdirilməsi Azərbaycan xalqının mədəniyyətinin qorunub gələcək nəsillərə ötürülməsində böyük rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə