Siyəzən rayon Mədəniyyət Mərkəzi "Xonçalı Novruz gəlir!" adlı bayram şənliyi təşkil edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın adət-ənənələrini, tarixini, milli mətbəxini özündə əks etdirən nümayiş təşkil olunub. Tədbirdə Dədə Qorqud personajı, Novruzun atributları olan Bahar qızı, Kosa və Keçəl iştirak edib.
Qeyd edək ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun, bütün idarə və müəssisələrin işçi kollektivinin təşkilatçılığı ilə, tədbirdən sonra konsert proqramı təşkil olunub və qonaqların zövqünü oxşayan musiqilər səsləndirilib. Tədbirdə 500-dən çox rayon ictimaiyyəti iştirak edib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB