Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəz tərəfindən yerlərdə müxtəlif xarakterli silsilə tədbirlər təşkil olunur. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, bu səpkidə növbəti tədbir Beyləqan rayonunda təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə Beyləqan rayon Heydər Əliyev Mərkəzində gitara musiqi alətinə həvəs göstərən gənc mədəniyyət işçilərinə təlim keçib. Təlimi gənc müğənni, peşəkar gitara ifaçısı Tofiq İsmayılzadə aparıb.
Təlimdə Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti, "Gənc mədəniyyət işçilərinin kreativ qrupu"nun üzvü Nadir Məmmədov, qrupun Beyləqan rayonu üzrə kuratoru Rəqsanə Babayeva və digər üzvlər iştirak ediblər. Təlimin keçirilməsində və təşkilatçılıq işlərində Beyləqan şəhər T.H.Niyazi adına uşaq musiqi məktəbinin direktor müavini Elmurad Quliyev yaxından iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB