“Azərbaycan milli mətbəxi-plovlar” FOTOLAR

“Azərbaycan milli mətbəxi-plovlar” FOTOLAR

Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan milli mətbəxi-plovlar" layihəsi çərçivəsində Azərbaycanın mətbəx incilərindən sayılan plovların bəzilərinin hazırlanma və bişirilmə texnalogiyaları göstərilib. SİA-nın verdiyi xəbərə görə, plovların çoxsaylı çeşidləri olduğunu nəzərə alaraq, vəsaitdə nadir hallarda bişirilən plov növlərinin çeşidlərinə xüsusi diqqət yetirilib. Azərbaycan və rus dillərində nəşr olunmuş vəsaitin yazılı formasına video görüntülər əlavə olunub. Layihənin icrasına mütəxəssis qismində respublikada tanınmış aşpazlar Mehman Hüseynov və Kamran Rzayev dəvət olunublar. Mehman Hüseynov tərəfindən "Şah plov", "Quzu plov", "Döşəmə plov", "Balıqçılar plov", "Bükməli plov", "Murqulu tuş plov-turşulu aş"lar, Kamran Rzayev tərəfindən "Çığırtma plov", "Ləvəngi plov" və aşpazın öznəməxsus formada hazırladığı "Taclı plov" hazırlanıb. Aşpazlar əyani şəkildə plovların bişirmə qaydaları nümayiş etdiriblər.

Qeyd edək ki, layihə milli mətbəx nümunələrimizdən olan plovun bişirilmə qaydalarının öyrədilməsi, ölkə hüdudlarından kənarda tanıdılması və təbliği məqsədi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə