Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) "Səs...söz...rəng..." kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimini Dünya Gənc Türk Yazarlar Birliyinin Məşvərət Şurasının sədri, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı açıb. O, qeyd edib ki, "Səs...söz...rəng..." kitabı Azərbaycanın gənc bəstəkarlarına, şair və rəssamlarına həsr olunub. Burada istedadlı gənclərin əsərləri və onların qısa tərcümeyi-halı yer alıb.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev gənc istedadlara uğurlar arzulayıb, onları öz üzərilərində səylə işləməyə, yaradıcı vərdişlərini inkişaf etdirməyə çağırıb.
Qeyd edək ki, çıxışlardan sonra beynəlxalq müsabiqələr laureatlarının ifasında Üzeyir Hacıbəylinin, Niyazinin və gənc bəstəkar İlahə Qismətin əsərləri səslənib. Şairlər İbrahim İlyaslı, Şəfa Vəli, Vasif Zöhraboğlu və başqaları tədbirdə öz şeirlərini oxuyublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB