Balakəndə Xocalı ilə bağlı silsilə tədbirlər keçirilib FOTOLAR

Balakəndə Xocalı ilə bağlı silsilə tədbirlər keçirilib FOTOLAR

Balakən rayon Mədəniyyət və Turizm Şöbəsində Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər keçirilib. SİA-ya verilən xəbərə görə, rayonda fəaliyyət göstərən bütün mədəni-maarif müəssisələrində bu tədbirlər planı əsasında "Xocalı silinməz yaddaş", "Xocalı harayı", "Xocalı soyqırımı–24", "Qanlı Fevral" və s. başlığı altında rəsm və kitab sərgiləri nümayiş etdirilib, milli azadlıq mübarizəsinə həsr edilmiş filmlərə baxış, ədəbi-bədii gecələr, dəyirmi masalar keçirilib.

Xocalı faciəsi günü ilə əlaqədar mədəni-maarif işçiləri və rayon ictimaiyyəti "Şəhidlər xiyabanı"nı ziyarət etmiş, şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək qoyublar. Sonra isə rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgiyə baxış keçirilib. Mədəniyyət işçiləri tərəfindən hazırlanmış "Heç zaman yaddaşlardan silinməyən izlər" adlı ədəbi-bədii kompozisiya və Vahid Mustafayevin "Xoca" filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə