Qusar rayon dövlət rəsm qalereyasında "Xocalı harayı" adlı məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərgiyə gələnlərin qarşısında çıxış edən qalereyanın bələdçisi Nərgiz Hüseynəliyeva Xocalı faciəsinin acı nəticələri, erməni qəsabkarlarının uşaqlara, qocalara qarşı etmiş olduğu insanlığa sığmayan hərəkətləri haqqında məlumat verib.
Məktəblilərin Xocalı faciəsi haqqında təxəyyülünün məhsulu olan rəsmlər tədbir iştirakçılarında vətənpərvərlik hissələrini yaşadıb.
Sərgidə 40-a qədər rəsm əsəri nümayiş olunub. Qeyd edək ki, sərgi 29 fevral tarixinə qədər davam etdiriləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB