Azərbaycan Tehranda keçirilən 9-cu Beynəlxalq Turizm sərgisində təmsil olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, builki sərgiyə dünyanın 50-dən çox ölkəsindən gəlmiş 400-dən artıq turizm şirkəti ziyarətçilərə öz xidmətlərini təklif edib. Tehranın "Nümayişqah Beynəlmiləl" sərgi salonunun 40 kvadratmetr ərazisində təşkil olunan Azərbaycan guşəsi ölkəmizin gəzməli və görməli yerlərini, otellərini, hava limanlarını əks etdirən fotoşəkillərlə bəzədilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov bildirib ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstəriblər. Onlar bu il Bakıda keçiriləcək Novruz bayramı şənliklərinə qatılmaq üçün sərgidə iştirak edən Azərbaycanın turizm şirkətlərinə sifarişlər də veriblər. Cari il mart ayının ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən daha çox iranlı turistin gələcəyi gözlənilir.
İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ilk dəfə olaraq sərgiyə Avropa ölkələrinin və ABŞ-ın da turizm şirkətləri qatılıb.
Bundan başqa, sərgidə Rusiyanın, Türkiyənin, Vyetnamın, Malayziyanın, Fransanın, İtaliyanın və başqa ölkələrin şirkətləri də təmsil olunublar.
Qeyd edək ki, sərgi fevralın 20-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB