Keramika üzrə simpozium – beynəlxalq duet layihəsi gerçəkləşib FOTOLAR

Keramika üzrə simpozium – beynəlxalq duet layihəsi gerçəkləşib FOTOLAR

Fevralın 15-də İçərişəhərdəki Keramika Mərkəzində Azərbaycan İncəsənət Konsulluğunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Beynəlxalq duet: keramika üzrə simpozium" adlı yeni layihəni təqdimatı olub. SİA-nın nazirliyə verdiyi xəbərə görə, simpozium keramika ustaları – azərbaycanlı Mirteymur Məmmədov və qazaxıstanlı Artyom Qorislavetsin iştirakı ilə keçirilib. Təqdimatda iştirak edən paytaxt sənətsevərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Tanınmış rəssam, keramika ustası və heykəltəraş Mirteymur Məmmədov İçərişəhərdəki yaşayıb-yaratdığı evini Keramika Mərkəzinə çevirib. Rəssam bildirib ki, tədbirin məqsədi keramika sahəsində təcrübə mübadiləsi aparmaq, bu sənəti ölkəmizdə daha da tanıtmaqdır: "Layihə 18 gün davam edəcək. Hər ikimiz bu ayın sonuna qədər türk damğaları ilə bağlı 3-4 əsər yaratmalıyıq. Fevralın 28-də həmin əsərlərdən ibarət sərgi təşkil olunacaq".

Qeyd edək ki, simpozium Azərbaycan İncəsənət Konsulluğunun sayca ikinci tədbiridir. Duet-simpozimun ilk tədbiri Mirteymur Məmmədovun ötən il Qazaxıstana səfəri zamanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə