Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək
Fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak edəcəklər. Yaradıcılıq gecəsində ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB