Dahi bəstəkarın məzarı ziyarət edilib

Dahi bəstəkarın məzarı ziyarət edilib

Dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti Qara Qarayevin doğum günündə böyük sənətkarın xatirəsi anılıb. SİA-nın verdiyi xəbərə görə, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarını ziyarət ediblər.

Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə sənətkarın həyat və yaradıcılığından söz açaraq musiqi sənətinin bütün janrlarına müraciət etmiş Qara Qarayevin əsərlərinin dünya şöhrəti qazanaraq keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə