Elmi-Metodiki Mərkəzdə Gənclər günü ilə bağlı tədbir keçirilib FOTOLAR
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan gənc əməkdaşlar öz təşəbbüskarlığı və yaradıcılığı ilə seçilməlidirlər.
Gənclər günü 1997-ci il Prezident Heydər Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, məhz, Azərbaycanda təsis edilib. Azərbaycandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də Gənclər günü təsis edildi və qeyd olunmağa başladı.
Müəssisənin direktoru Asif Usubəliyev mərkəzin gənc əməkdaşlarını təbrik edərək qeyd etdi ki, bu tədbir onlar üçün xüsusi önəm daşımalıdır. Ona görə ki, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə məhz, Elmi-Metodiki Mərkəzdə yaradılıb. Bu isə gənc əməkdaşlarımız üçün böyük imkanlar yaradır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və sahənin gələcəyidir.
Qeyd edək ki, tədbirdə həmçinin, Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, Mərkəzin gənc əmakdaşları Cəlal Həziyev, Aytən Muradova və Aynur Həsənova çıxış ediblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB