Mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi qurbanları anılıb FOTOLAR
Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib. SİA-nın verdiyi xəbərə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən "İstedad Mərkəzi" Muzey Mərkəzində hüzn gününə həsr olunmuş konsert təqdim olunub.
3№ -li uşaq incəsənət məktəbində keçirilmiş "20 yanvar tariximizin silinməz yaddaşı" adlı tədbirdə məktəbin bütün şöbələri üzrə olan şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərlə çıxış ediblər.
Binəqədi Mərkəzi Mədəniyyət evində "Şanlı tariximiz", H.Abbasov adına Mədəniyyət evi, Nardaran qəsəbə klubu və Bilgəh qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 108 saylı tam orta məktəbdə "Qanlı Yanvar qan yaddaşımız", Yasamal rayon MKS-nin (Mərkəzləşdirilmiş Kitabxana Sisteminin) Mərkəzi Kitabxanası 158 saylı tam orta məktəblə birlikdə "Şəhidlər ölməz, vətən bölünməz", Mərdəkan Mədəniyyət Sarayında "Ağlama Şəhid balası" adlı kompozisiya və tədbirlər keçirilib.
Ümumiyyətlə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində 126 tədbir keçirilib.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd Vətən övladlarının anılması ilə yanaşı, gənc nəslin Azərbaycanın müstəqilliyi uğrunda qəhrəman oğulların keçdiyi keşməkeşli yolların yaddaşlarına həkk olunması və vətənpərvərlik hisslərinin aşılanmasıdır.











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB