“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” FOTOLAR
Abşeron Rəsm Qalereyasında 20 Yanvar faciəsinin XXVI ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil edilən rəsm müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağabəy İbrahimov iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilib.
Daha sonra mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müstəqilliyimizin əldə olunmasında şəhidlərin rolundan, onların qəhrəmanlığından danışıb. Şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasında belə tədbirlərin xidmətini qeyd edib.
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağabəy İbrahimov çıxışında gənc rəssamların əsərlərində qəhrəmanlıq hissinin yüksək peşəkarlıqla əks olunduğunu bildirib.
Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Bakının 11 rayonundan olan gənc rəssamlara sertifikat təqdim olunub. Tədbirin sonunda 60 rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB