“Sevil” operası səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun "Sevil" operası təqdim ediləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış bu opera tamaşasında əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Səhnə əsərində, həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və digərləri iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 10-da olacaq tamaşanı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə