Tahir Salahovun əsərləri sərgilənəcək

Tahir Salahovun əsərləri sərgilənəcək

Moskvada Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın xalq rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək. SİA-nın qalereyanın saytına istinadən xəbər veriri ki, "Günəş zenitdə" adlanan sərgi yanvarın 22-si açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə "sərt üslubun" liderlərindən biri olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə