Dövlət Pantomima Teatrında ilin son tamaşası nümayiş olunub

Dövlət Pantomima Teatrında ilin son tamaşası nümayiş olunub

Dövlət Pantomima Teatrı ilin son tamaşasını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, nümayiş olunan "Dejavü" adlı tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa ediblər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar Artist Elman Rəfiyevdir.

Qeyd edək ki, kişi və qadın mövzusundan bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə