Muzey Mərkəzinin "Sərgi Qalereyası"nda gənc rəssam Gülarə Hüseynovanın "Qəlbimim rəngləri" adlı fərdi sərgisi keçiriləcək. Muzey Mərkəzindən SİA-ya verilən xəbərə görə, sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 rəsm əsəri nümayiş olunacaq.
Gülarə Hüseynovanın yaradıcılığında natürmortlar və mənzərələr böyük yer tutur. Gənc rəssam əsərlərinin hər birində özünü əks etdirir. O deyir: "Mən gördüyümü çəkirəm, amma istəyirəm ki, hər kəs mənim rəsmlərimdə xüsusi bir məna tapsın".
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən "Dünya məktəbi"nin 7-ci sinfində oxuyan G.Hüseynovanın əsərlərində bəzi dərin fəlsəfi mənalar özünü göstərməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB