Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan əcnəbi tələbələr birinci beynəlxalq tələbə festivalına hazırlaşır. Universitetdən SİA-ya verilən xəbərə görə, dekabrın 19-da keçiriləcək festivalda 17 ölkəni təmsil edən əcnəbi tələbələrin və xarici nümayəndəliklərin hazırladığı stendlərdə müxtəlif ölkələrin mədəniyyətlərinə aid nümunələr nümayiş etdiriləcək. Yerli və əcnəbi tələbələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Festivala qatılan tələbələr öz milli rəqslərini, musiqi və mahnı nümunələrini ifa edəcəklər.
ADNSU-da təhsil alan əcnəbi ölkələrin təmsilçiləri Bakıdan dünyaya birlik, həmrəylik, sülh mesajları verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB