“Şah Qacar” müzakirəyə çıxarılacaq

“Şah Qacar” müzakirəyə çıxarılacaq

Dekabrın 16-da yazıçı-dramaturq Əli Əmirlinin "Şah Qacar" əsəri əsasında səhnələşdirilən tamaşa Bakıda fəaliyyət göstərən Ankara liseyinin müəllim və şagird heyətinin müzakirəsinə çıxarılacaq. Bu barədə SİA-ya Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.

Tamaşanın müzakirəsi "Məktəb və Teatr" layihəsi çərçivəsində baş tutacaq. Müzakirələrdə, həmçinin tamaşanın yaradıcı heyəti - quruluşçu rejissor, Xalq Artisti Azərpaşa Nemətov, müəllif Əli Əmirli, əsas obrazların ifaçıları - Xalq artistləri Fuad Poladov, Laləzar Mustafayeva, Əməkdar Artist Sabir Məmmədov və başqaları iştirak edəcək.

Qeyd edək ki, tamaşa bir müddət əvvəl Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə