Noyabrın 20-dən etibarən bütün kinoteatrlarda "Azərbaycanfilm" kinostudiyasının son illər istehsal etdiyi filmlər nümayiş olunmaqda davam edir. SİA-nın verdiyi xəbərə görə, "Bizim kino günləri" çərçivəsində kinoteatrlarda "Axınla aşağı", "Yarımçıq xatirələr", "Dərs", "Nabat" filmləri göstərilir.
Belə ki, bu gündə "Dərs" filmi nümayiş olunub. Filmə baxmadan öncə tədbiri giriş sözü ilə açan Nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov ekran işi haqqında söz açıb: "Bu gün nümayiş etdirəcəyimiz "Dərs" filmi uşaqlarla bağlıdır. Burada xeyli sayda uşaqlar çəkilib. Çox uğurlu film olacaq. Xüsusi ilə nəzərinizə çatdırım ki, uşaqlarla bağlı xeyli vaxt idi ki, film lentə alınmırdı. Çünki uşaqlarla işləmək çox çətindir. Uşaq filmi lentə almaq çox vaxt tələb edir. Ancaq "Dərs" ekran işini lentə alan iki rejissorumuz
Rafiq Əliyev, Cavid Təvəkkül uşaqların öhdəsindən gələ bilib. Fərqli 110 dəqiqəlik iş ortaya çıxarıblar. Onu da deyim ki, uşaqlar üçün müsabiqə elan edəcəyik. Onlara müasir filmlərə baxmağa dəvət edəcəyik".
Nəzərinizə çatdıraq ki, "Dərs" filmində baş rollarda Aliyə Əliyeva, Ayna Zərbəliyeva, Tamerlan Ağayev, Rəşid Əliyev, Nazim İbrahimov, Mənsurə Əhmədova oynayır".
Qeyd edək ki, dekabrın 8-dək davam edəcək "Bizim Kino Günləri" çərçivəsində filmlərin nümayişi "Nizami Kino Mərkəzi", "Park Cinema" və "28 Cinema" kinoteatrlarında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB