Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş nəşrlərin təqdimatı FOTOLAR

Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş nəşrlərin təqdimatı FOTOLAR

Milli Kitabxanada TÜRKSOY-un dəstəyi ilə çap olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabının təqdimat mərasimi keçirilib. Milli Kitabxanadan SİA-ya verilən məlumata görə, iştirakçılar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov Xalq şairinin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə və türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Qeyd olunub ki, Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş silsilə tədbirlər keçirilir. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın əhəmiyyətindən söz açılıb.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Qazaxıstanın qurumdakı təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və digər çıxış edənlər böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən də yüksək qiymətləndirildiyini söyləyiblər.

Tədbirdə şairin 90 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Bəxtiyar Vahabzadə" biblioqrafiyası kitabı və "B.Vahabzadə 90" adlı diskin elektron variantının təqdimatı da keçirilib.

Biblioqrafik göstəricidə Xalq şairinin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında materialların haqqında məlumatlar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş nəşrdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.

Şairə həsr edilmiş kitablar iştirakçılara təqdim olunub. Sonda kitabın ərsəyə gəlməsində əməyi olan ziyalılara TÜRKSOY-un diplom və xatirə hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə